Maraqlı

Alış-veriş mərkəzindəki məşhuru görənlər gözlərinə inanmadı

24 Aprel 2026 23:12
Baxış: 579
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyənin ən varlı ailələrindən biri olan Hacı Sabancı gündəlik alış-veriş edərkən kameralara tuş gəlib.

Milli.Az xəbər verir ki, Sabancı Ailesinin varisi sayılan Sabancı orta gəlir qrupunun tez-tez üstünlük verdiyi mağazalardan biri olan Gratisdə alış-veriş edərkən görüntülənib.

Onun gündəlik tələbat məhsulları üçün məhz bu mağazanı seçməsi diqqət çəkib. Hacı Sabancının alış-veriş anlarını əks etdirən görüntülər qısa müddətdə sosial mediada yayılıb.

Paylaşımlardan sonra istifadəçilər Sabancının bu seçimini "sadə və təvazökar yanaşma" kimi dəyərləndirərək müxtəlif rəylər bildiriblər. Mövzu qısa zamanda geniş müzakirələrə səbəb olub və yüksək baxış sayı toplayıb. (Sonxeber.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.