Dünya

ABŞ və İran danışıqlarının keçiriləcəyi tarix açıqlandı

25 Aprel 2026 00:29
Baxış: 270
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ və İran nümayəndə heyətləri arasında birbaşa danışıqların aprelin 27-də İslamabadda keçirilməsi gözlənilir.

Milli.Az xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner əvvəlcə Pakistan vasitəçiləri ilə ayrı-ayrı görüşlər keçirəcək, bundan sonra İran tərəfi ilə üçtərəfli formatda görüşün təşkili müzakirə olunacaq.

Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçi həftə sonu Pakistan tərəfi ilə məsləhətləşmələr aparacaq. Bundan sonra ABŞ-la birbaşa təmasların vaxtı və formatı dəqiqləşdirilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.