Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.
Milli.Az xəbər verir ki, duş liflərinin məsaməli quruluşu suyu daxilində həbs edir ki, bu da quruma prosesini çətinləşdirir.
Tam qurumayan liflərdə zamanla yaranan kif təbəqəsi təkcə pis qoxuya deyil, həm də dəridə qaşıntı, qızarıqlıq və sızanaqlara səbəb olur.
Əgər lifiniz quruduqdan sonra sərtləşibsə, səthində sürüşkən bir hiss varsa və ya nə qədər qurusalar da rutubət qoxusu gəlirsə, bu, həmin lifin mikroskopik səviyyədə bakteriya istilasına uğradığının sübutudur.
Düzgün təmizlik qaydaları
Liflərdə toplanan yağ, kir və sabun qalıqlarını tam təmizləmək üçün mütəxəssislər bunları tövsiyə edir:
Lifləri digər geyimlərdən və ya mətbəx əşyalarından ayrı, isti və ya ilıq suda yuyun.
Həssas dərisi olanlar kimyəvi qalıq buraxan yumşaldıcılar yerinə təbii yuyucu vasitələrə üstünlük verməlidir.
Kif yaranmasının qarşısını almağın yeganə yolu lifləri yuduqdan sonra birbaşa günəş işığı altında və ya yüksək temperaturlu qurutma maşınlarında tam qurutmaqdır.
Gigiyena standartlarına görə, yuma bezi və ya lif ən geci hər iki istifadədən bir mütləq yuyulmalıdır.
Əgər lifdə yuyulsa belə keçməyən qoxu və ya gözlə görünən ləkələr varsa, dərhal yenisi ilə əvəzlənməlidir.
Pilinq məqsədilə istifadə edilən bu vasitələr, baxımsız qaldıqda bədəni təmizləmək əvəzinə onu infeksiyalara məruz qoyan bir alətə çevrilir.
Lalə Qüdrətova
Milli.Az





