Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər.
Milli.Az xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlıq problemlərinin ilkin əlaməti kimi ortaya çıxa bilər.
Gün ərzində artan yorğunluq, səhər saatlarında bədəndə tutulma və yayğın ağrı hissi çox vaxt diqqətdən kənarda qalsa da, həkimlər bu simptomların əhəmiyyətli xəbərdarlıq siqnalları olduğunu vurğulayır.
Türkiyəli həkim Yeliz Zahiroğlu qeyd edib ki, revmatoloji xəstəliklərdə diaqnozun gecikməsi geniş yayılmış problemdir. Onun sözlərinə görə, bu xəstəliklər vaxtında aşkar olunmadıqda oynaqlarda və əzələlərdə qalıcı zədələnmələr yarada bilər.
Həkim bildirib ki, ankilozan spondilitdə diaqnozun gecikməsi 8 ilə qədər davam edə bilər və bu, onurğada ciddi dəyişikliklərə, hətta qamət pozğunluğuna səbəb ola bilər. Romatoid artritdə bu müddət təxminən 2 ilə qədər uzanır və əsasən əl oynaqlarında zədələnmə ilə nəticələnir. Psoriatik artritdə isə diaqnozun gecikməsi 3 ilə qədər davam edə bilər və bu zaman da oynaq zədələnməsi və əlillik riski artır.
Zahiroğlu əlavə edib ki, xəstəliyin əlamətləri çox vaxt digər səbəblərlə qarışdırılır. Məsələn, bel ağrıları "yorğunluq" və ya "yırtıq" kimi qiymətləndirilir, əl və ayaqlardakı şişkinlik isə fiziki yüklənmə ilə əlaqələndirilir. Bu da xəstələrin həkimə müraciətini gecikdirir.
Onun sözlərinə görə, səhər tutulması iltihabi revmatik xəstəliklərin əsas əlamətlərindən biridir. Bəzi xəstələr bunu "sanki bütün gecə yatmamışam, döyülmüş kimiyəm" kimi təsvir edir. Halbuki bu, ciddi xəstəliyin göstəricisi ola bilər.
Həkim erkən diaqnoz və müalicənin əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, vaxtında başlanılan düzgün müalicə ilə xəstəliyin inkişafını dayandırmaq və xəstənin həyat keyfiyyətini qorumaq mümkündür. O, həmçinin qeyd edib ki, dərman müalicəsi yalnız həkim nəzarəti ilə aparılmalı, xəstələr müalicəni özbaşına dayandırmamalıdırlar.
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
-
Ayxan Abbasov: "Qarşımıza qoyduğumuz vəzifəni yerinə yetirdik"
-
80 yaşlı Rahilə Quliyevanın ölkədən çıxışına məhdudiyyət qoyuldu
-
Günəl maşın qiymətinə yeni diş yığdırıb: 25 min manat
-
Füzulidə dəhşətli qəza: 3 ölü, 4 yaralı var - (Foto)
-
Paşinyan Antalyadan götürdüyü bananı bu şəhərə gətirdi – (Video)
-
Türkiyə səhəri zəlzələlərlə açdı
-
Naxçıvanda deputat ağır qəzaya düşdü: Ölən var - (Foto)
-
Millətlər Liqası: Niderland Yunanıstanı darmadağın etdi - Nəticələr
-
Çiçək və ya şabalıd deyilmiş - Ən sağlam bal açıqlandı
-
Kərə yağını kimlər yeməməlidir? – Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq
-
“Survivor”ın məşhur iştirakçısı tanınmaz halda - (Foto)
-
Üç bürcün həyatı yaxşılığa doğru dəyişəcək
-
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
-
Dünyada sahili olmayan yeganə dəniz
-
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
-
Millimiz Lixtenşteynə qalib gəldi
-
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb - (Foto)
-
Azərbaycanlı serial ulduzu uşaqlıqdan bu günə - (Fotolar)
-
Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin
-
Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
-
Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
-
Təkcə bir bölümə milyon dollar alırlar - Siyahı
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var - (Yenilənib)





