Maraqlı

Tətildə yediyi yemək həyatını dəyişdi: İndi gündəlik 4,5 ton istehsal edir - FOTO

24 Aprel 2026 23:25
Baxış: 413
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Adanalı əczaçı Süleyman Kapukayanın illərdir qəlbində daşıdığı istehsalat xəyalı 2018-ci ildə çıxdığı Alanya tətilində gerçəyə çevrilib. Orada daddığı və çox bəyəndiyi "pelmeni" adlı xəmir xörəyini araşdıran Kapukaya Adananın Sarıçam rayonunda öz sərmayəsi ilə kiçik bir sex açıb.

Milli.Az xəbər verir ki, fəaliyyətə cəmi 4 qadın işçi və gündəlik 200 kiloqram istehsalla başlayan sahibkar qısa müddətdə böyük uğur qazanıb. 2019-cu ildən etibarən məhsullarını iri market şəbəkələrinə təqdim etməyə başlayıb və tələbat sürətlə artıb. 2024-cü ildə Dünya Bankı və müvafiq dövlət qurumlarının sosial sahibkarlıq layihələrindən aldığı dəstəklə yeni avadanlıqlar alaraq, gündəlik istehsal gücünü 4,5 tona, işçi sayını isə 100 nəfərə çatdırıb.

Kapukaya istehsalın tamamilə avtomatlaşdırılmasının əleyhinədir. O, hesab edir ki, "pelmeni"nin əsl ləzzəti məhz qadınların əl əməyindən gəlir.

İşçilərin əksəriyyəti həmin bölgədə yaşayan qadınlardır. Bu, onların həm ailə büdcəsinə töhfə verməsinə, həm də iş həyatına qatılmasına şərait yaradır.

Süleyman bəy həm əczaxana işini, həm də istehsalı eyni vaxtda idarə edir. Əczaçı olması ona qida təhlükəsizliyi, gigiyena və keyfiyyətə nəzarət məsələlərində böyük üstünlük qazandırır. Müəssisədə təmizlik standartları ən yüksək səviyyədə qorunur.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.