Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyəli məşhur müğənni Hande Yener Muğlada keçirilən konsert zamanı prezident Rəcəb Tayyib Ərdoğana qarşı təhqiramiz ifadələr işlətməsi iddiası ilə istintaqa ifadə verməyə çağırılıb.
Milli.Az xəbər verir ki, müğənni səhnədə çıxışı zamanı prezidentə işarə edərək "Bu dövrü çox gözəl devirəcəyik" dediyi iddia olunub.
İstintaq çərçivəsində müğənni barəsində hər hansı saxlanılma tədbiri görülməyib, lakin onun şübhəli şəxs qismində ifadəsinin alınmasına qərar verilib.
Yener prokurorluğa verdiyi ifadəsində bildirib ki, səhnədəki hərəkətləri siyasi mövqe deyil, musiqinin ritmi və tamaşaçıların coşqusuna verilən ani reaksiya olub.
"Görüntülər birləşdirilərək yanlış təsəvvür yaradılıb"
Müğənni qeyd edib ki, fərqli zaman və məkanlarda baş verən hadisələr sanki bir hadisə kimi təqdim olunub. Onun sözlərinə görə, səhnədə tullanması ilə "Bu dövrü devirəcəyik" ifadəsi eyni ana aid deyil.
Yener bildirib ki, həmin ifadə başqa bir konsertində, Harbiyedə keçirilən çıxış zamanı "Bodrum" mahnısına istinadən gənclərə motivasiya xarakterli nitqinin bir hissəsi olub. Onun fikrincə, bu iki ayrı hadisənin birləşdirilməsi məqsədli şəkildə yanlış təqdimatdır.
"Dövlətimin və millətimin yanındayam"
Sənətçi ifadəsində həmçinin bildirib ki, o, fəaliyyətini hər zaman birləşdirici güc kimi görüb. O, 15 iyul 2016-cı il Türkiyədə çevriliş cəhdi sonrası demokratiya aksiyalarında iştirak etdiyini, Yenikapı mitinqində yer aldığını və prezidentlə müxtəlif tədbirlərdə görüşdüyünü xatırladıb. (lent.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zahidə Günəş böyük biznesə başlayacaq: “ Heç kim açılışda 1 manat da xərcləməyəcək" - (Video)
-
Zaur Baxşəliyev: "Çantanı başıma necə vurdusa..."
-
İbrahim Borçalı: “Dərddən şəkərim qalxdı”
-
2 məşhur azərbaycanlı müğənninin birgə uşaqlıq Fotosu
-
“Victoria’s Secret” modellərinin makiyajsız görüntüləri gündəm oldu (Fotolar)
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)
XƏBƏR LENTİ
-
Zahidə Günəş böyük biznesə başlayacaq: “ Heç kim açılışda 1 manat da xərcləməyəcək" - (Video)
-
Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizəd oldu
-
İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
-
On doqquz artıq mandat: İsrail özünü hesab tələsinə necə saldı
-
Zaur Baxşəliyev: "Çantanı başıma necə vurdusa..."
-
Bu ölkədə işə bir saatdan gec çatanlar 40 faiz artıq maaş alır
-
Evinizdə belə əsginas varsa, diqqətli olun - Qiyməti 1 000 manatı keçir - (Foto)
-
İbrahim Borçalı: “Dərddən şəkərim qalxdı”
-
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
-
2 məşhur azərbaycanlı müğənninin birgə uşaqlıq Fotosu
-
İsveçdə Quranı yandıran belə cəzalandırıldı
-
Apple dünyanın ən bahalı şirkəti oldu
-
Polşada gərginlik pik həddə - Prezident təcili iclas çağırdı
-
"Qalatasaray" böyük hesabla qələbə qazandı
-
Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər (Foto-Video)
-
Qaralmış gümüşü ovmadan təmizləyən üsul
-
Qışda bu 5 əşyanı maşına qoymadan yola çıxmayın
-
Bəy şadlıq sarayına çatmamış yuxuya getdi – (Video)
-
Üç bürc üçün çox xoşbəxt dövr başlayır
-
Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar
-
Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
-
Türkiyədə cütlük boşanma qərarını möhtəşəm parti ilə elan etdi (Video)
-
“Victoria’s Secret” modellərinin makiyajsız görüntüləri gündəm oldu (Fotolar)
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)





