Amerika

"İranla razılaşma əldə olunana qədər blokadanı ləğv etməyəcəyik"

20 Aprel 2026 23:00
Baxış: 293
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ Prezidenti: İranla razılaşma əldə olunana qədər blokadanı ləğv etməyəcəyik
Tehran razılığa gələnə qədər ABŞ Hörmüz boğazındakı İran limanlarını blokadada saxlamağa davam edəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "TruthSocial"da yazıb.

"Ən əsası, İranı tamamilə məhv edən blokada, razılaşma əldə olunana qədər qaldırılmayacaq. Onlar gündə 500 milyon dollar itirirlər ki, bu da qısa müddətdə belə davamlı olmayan bir rəqəmdir", - deyə o vurğulayıb.

Trampın sözlərinə görə, bir çox xarici media nümayəndəsi İranın tərəfini tutaraq Amerika əleyhinə ritorika yayır. Lakin, Amerika lideri iddia edir ki, o, hakimiyyətdə qaldığı müddətcə Tehran bu müharibədən qalib çıxmayacaq:

"Bu vətənpərvər olmayan insanlar məhdud enerjilərinin hər zərrəsini seçkilərdə mənimlə mübarizə aparmaq üçün istifadə etdikləri kimi, İranla da eyni şeyi etməyə davam edirlər. Nəticə eyni olacaq - artıq belədir!".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.