Hadisə

Ağcabədidə ağır qəza - ölən və yaralananlar var - FOTO

20 Aprel 2026 22:50
Baxış: 340
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ağcabədi rayonu ərzisində ağır yol qəzası baş verib.

Milli.Az-ın xəbərinə görə, hadisə Hindarx qəsəbəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobili ilə "KamAZ" markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü Gündüz Süleymanov hadisə yerində keçinib.

Mərhumun avtomobilində olan iki nəfər isə ağır bədən xəsarətləri alıblar. Yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.