Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik... Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir.
Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu iki vəziyyətin simptomlarının oxşar olması bəzən həyati risk daşıyan halların gec fərq edilməsinə səbəb ola bilər.
Türkiyəli kardioloq Abdi Sağcan bildirib ki, sinə ağrısı və nəfəs darlığı şikayətləri zamanı ən çox qarışıqlıq məhz panik atakla ürək tutmasının fərqləndirilməsində yaşanır. Onun sözlərinə görə, həkim müayinəsi olmadan bu iki vəziyyəti dəqiq ayırd etmək çətindir.
Mütəxəssis qeyd edib ki, panik atak zamanı sinədə sıxılma və sancı hissi, sürətli və səthi nəfəsalma, güclü qorxu hissi ön planda olur. Ürək tutmasında isə daha çox güclü təzyiq, əzilmə hissi, ritm pozğunluğu və real nəfəs ala bilməmə hissi müşahidə edilir. Hər iki halda soyuq tərləmə olsa da, ürək tutmasında bu hal daha ani və intensiv şəkildə ortaya çıxır.
Ağrının xarakteri və müddəti də mühüm fərqləndirici əlamətlərdəndir. Belə ki, 5-10 dəqiqədən uzun sürən, sol qola, çənəyə və ya kürəyə yayılan sinə ağrısı ürək tutmasının xəbərçisi ola bilər və bu halda dərhal təcili tibbi yardım çağırılmalıdır.
Abdi Sağcan vurğulayıb ki, sinə ağrısı ilə yanaşı ürəkbulanma, güclü nəfəs darlığı, dodaqlarda göyərmə kimi əlamətlər müşahidə olunursa, vəziyyət ciddi qiymətləndirilməlidir. Eyni zamanda ilk dəfə panik ataka bənzər hal yaşayanlar, 40 yaşdan sonra bu cür simptomlarla qarşılaşanlar və ya ürək xəstəliyi olan şəxslər mütləq həkimə müraciət etməlidir.
Mütəxəssis əlavə edib ki, gənc yaşlarda sinə ağrıları çox vaxt ciddi səbəblərlə bağlı olmasa da, risk faktorları, yəni siqaret istifadəsi, yüksək təzyiq, diabet və ailəvi xəstəlik tarixçəsi mütləq nəzərə alınmalıdır.
Araşdırmalar göstərir ki, panik pozuntu cəmiyyətdə 2-4 faiz arasında rast gəlinsə də, ürək xəstələri arasında bu göstərici 25 faizə qədər yüksələ bilər. Panik atakla müraciət edən xəstələrin təxminən 15 faizində isə eyni zamanda ürəklə bağlı problem aşkarlanır.
Mütəxəssislərin fikrincə, panik atak ürək tutmasını təqlid edə bilər, lakin ürək tutması birbaşa həyati təhlükə yaradır. Buna görə də oxşar simptomlar heç vaxt diqqətdən kənarda qalmamalıdır.
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mətbəxdən gələn gözəllik: Maya maskası ilə dərini yeniləməyin sirri
-
Mətbəxdən gələn gözəllik: Maya maskası ilə dərini yeniləməyin sirri
-
Çörəyi klokun içinə qoymazdan əvvəl bir daha düşünün
-
Səhər qəhvə içmədən özünüzə gələ bilmirsiniz?- təhlükəli səbəb
-
Portuqaliyalı baş məşqçi Bakı metrosunda - FOTO
-
"Hantavirusla bağlı təsdiqlənmiş müalicə və ya peyvənd yoxdur"
XƏBƏR LENTİ
-
Hande "Kann"a Azərbaycan brendi ilə qatıldı - FOTO
-
Hava limanı WUF13 dövründə gücləndirilmiş rejimdə işləyəcək
-
ÜST hantavirusun daha çox yayılması ilə bağlı xəbərdarlıq edib
-
"Şəfa" çempion oldu, Premyer Liqaya yüksəldi
-
Xalq artisti Şuşaya gedə bilmədi: “Gecə ilə evə qayıdıram, atamın yanında olmalıyam” - FOTO
-
“Xarıbülbül” festivalı Səkinə İsmayılova və tələbələrinin konserti ilə başa çatıb - VİDEO - FOTO
-
Ailəsi üçün öz xəyallarından əl çəkən 3 bürc
-
"Mənə yaxınlaşıb dedilər ki, Zaurla evlənsəniz..."
-
Bu hallarda dövlət qulluğuna test imtahanının nəticəsi ləğv ediləcək
-
Təbiətə 124 min manata yaxın ziyan vuruldu
-
1988-ci ilin binası sökülür – Sakinləri kirayə evlərə köçürüldü
-
Zelenski: Rusiya Prezident Ofisinə zərbə endirməyə hazırlaşır - FOTO
-
Qurban bayramı namazının vaxtı açıqlandı
-
“Hətta indi kişi olmaya bilərdim”
-
Neymar görün haranın vətəndaşlığını aldı
-
Fatma Mahmudovanın qızı nişanlandı
-
TDT-yə üzv dövlətlərin başçıları Türküstan Bəyannaməsini imzalayıb
-
Maksimum balı o topladı
-
Hantavirusu evdə belə yoxlamaq olar
-
Təsdiqlənməmiş müraciətlər sistemdən silinəcək - XƏBƏRDARLIQ
-
Röya "YouTube"dan silinən mahnısından DANIŞDI
-
Bu yol ÇÖKDÜ - Sürücülərin DİQQƏTİNƏ
-
Vətəndaş 20 manat yükləsə də, balansda 18 manat görünüb - Səbəbi bu İMİŞ
-
Xalq artistinə bəxşiş verməyi reklam edən şəxs QINANDI - VİDEO





