Orta Dəhlizin əhəmiyyəti getdikcə artır - Elçin Əmirbəyov
2015-ci ildə Azərbaycan ilə Çexiya arasında Strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamənin imzalanmasından sonra iki ölkə arasında münasibətlər ardıcıl şəkildə inkişaf edir.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Çexiyaya səfəri çərçivəsində "Euro" jurnalına müsahibəsində bildirib.
Müsahibədə Azərbaycan-Çexiya əməkdaşlığı, Orta Dəhlizin artan əhəmiyyəti və Azərbaycanın Avropa ilə Asiya arasında mühüm nəqliyyat qovşağına çevrilməsi məsələləri müzakirə olunub.
Əmirbəyov vurğulayıb ki, Orta Dəhliz Avropanın yeni bazarlara çıxışı baxımından getdikcə daha böyük əhəmiyyət qazanır. Onun sözlərinə görə, Cənubi Qafqaz regionu və Azərbaycan bu marşrutun əsas hissəsini təşkil edir və Avropa ilə Asiya arasında bağlantının gücləndirilməsində mühüm rol oynayır.
Müsahibədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə də toxunulub. Qeyd edilib ki, uzun illər davam edən münaqişədən sonra regionda yeni reallıqlar formalaşıb və nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası sülhün möhkəmləndirilməsinə xidmət edə bilər. Bu baxımdan, regional bağlantıların açılması Cənubi Qafqazın iqtisadi potensialını artıran əsas amillərdən biri kimi qiymətləndirilir.
Eyni zamanda, Avropa İttifaqının infrastruktur layihələrində iştirakı məsələsi də gündəmə gəlib. Bildirilib ki, münaqişədən əvvəl mövcud olmuş, lakin sonradan yararsız vəziyyətə düşmüş təxminən 174 kilometrlik dəmir yolunun bərpası nəzərdə tutulur. Qeyd olunub ki, bu cür layihələrə beynəlxalq maliyyə dəstəyinin cəlb edilməsi nəqliyyat dəhlizlərinin inkişafı ilə yanaşı, regionda uzunmüddətli sabitliyə də töhfə verə bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacağam - Paşinyan
-
Pakistanın Pəncab əyalətinin Baş naziri Azərbaycana səfərə gəlib
-
Azərbaycan və UN-Habitat arasında Niyyət Məktubu imzalanıb
-
Bakıda keçiriləcək WUF13 BMT-nin Yeni Şəhər Gündəliyinin irəlilədilməsi üzrə konsensusun formalaşdırılması üçün həlledici məqam olacaq - UN-Habitat rəhbəri
-
Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib - VİDEO - FOTO
-
İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb - VİDEO - FOTO
XƏBƏR LENTİ
-
Zeytun yağından istifadə zamanı edilən 4 əsas SƏHV
-
Həm arıqladır, həm sağlam saxlayır
-
Mükəmməliyyətçilik: Qüsursuzluq bir "maskalanma" forması kimi
-
Yeni "dəmir ledi": Yaponiyanın ilk qadın baş naziri necə GEYİNİR? - FOTOlar
-
50 yaşından sonra valideyn olan MƏŞHURLAR
-
Yollarda "Əjdaha dişi" dövrü: Sürücülər yolun daraldığını zənn edib sürəti azaldır
-
Limonu kəsməzdən əvvəl bunları etməsəniz, çox şey itirərsiniz
-
Dünyanın ən təhlükəli şirniyyatı bəlli oldu
-
Bakı WUF13-ü qarşılamağa hazırdır - WUF13 Azerbaijan
-
Günün qoroskopu: Bəzən yaxınlarınızın tələbləri sizi yora bilər
-
Bibər qabığını soymağın ən praktik üsulları
-
Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Hazır qatıq qabları ilə bağlı çoxumuzun etdiyi bu səhv zərər verir
-
Milli Teatrın yeni premyerası: “Kral Lirin faciəsi" - FOTO
-
“Azərbaycan müsiqisi təsvirisənətdə “ günləri Xətai Sənət Mərkəzində baş tutdu - FOTO
-
Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacağam - Paşinyan
-
Dövlət Uşaq Filarmoniyasında Avropa Gününə həsr olunmuş konsert proqramı baş tutub - FOTO
-
Nazilə gəlinini təriflədi
-
Gimnastlarımız turniri 17 medalla başa vurublar - FOTO
-
Azərbaycanda deputata ağır itki - FOTO
-
Uşaq Erkən Müdaxilə Mərkəzinin gəncləri üçün maarifləndirici proqram təşkil olunub - FOTO
-
"Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov
-
Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Baş" tamaşası nümayiş olunub - FOTO
-
Boks üzrə ölkə çempionunun meyiti tapıldı





