Müctəba Xamenei: İranlıların birliyi ABŞ-ni sarsıdıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İranlılar arasındakı həmrəylik ABŞ-ni sarsıdıb.
Milli.Az report-a istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri Müctəba Xamenei "X" sosial şəbəkə hesabında yazıb.
"Həmvətənlər arasında yaranmış heyrətamiz birlik nəticəsində düşməndə sarsıntı əmələ gəlib", - o, bildirib və əlavə edib ki, xalqın birliyi daha da möhkəmlənəcək.
M. Xameneinin sözlərinə görə, ABŞ-nin informasiya savaşı iranlıların milli ruhunu hədəf alıb və həmrəyliyə xələl gətirmək məqsədi daşıyır.
Qeyd edək ki, aprelin 23-də İran Prezidenti Məsud Pezeşkian, parlamentin sədri Məhəmmədbaqer Qalibaf və məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsüni-Ejei də oxşar motivli paylaşımlar ediblər.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb və bir sıra şəhərlərə aviazərbələr endirib. Həmin gün zərbələr nəticəsində İranın Ali lideri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.
Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Uzunmüddətli müzakirələr razılaşma əldə olunmadan başa çatıb.
Tehrana təzyiq vasitəsi kimi ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını bildirib. Öz növbəsində İran Hörmüzün artıq Fars körfəzi ölkələrinə gedən gəmilər üçün blokadaya alındığını bəyan edib. Regiondakı vəziyyət dünya enerji böhranına səbəb olub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Əti yenidən dondurmaq olar?
-
Avtomobil bazarında yeni tələblər - Bazarda qiymətlər artıracaq? - (Video)
-
Atilla Taşın binadan yıxılaraq ölən qızı 11 ay əvvəl boşanıbmış
-
Evinə aldığı üzümün rəngi çıxdı - (Video)
-
Özünü icarəyə verərək var-dövlət qazanır: qeyri-adi peşə
-
Corc Qafarovun toyudur - (Video)
-
Günün qoroskopu: Qarşınıza çıxan yeni pul qazanmaq imkanlarından yararlanmalısınız
-
Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiyası - (Video)
-
Türkiyədə zəlzələ olub
-
Xətaidə maşın alışıb yandı - (Video)
-
Rəsmi Kiyev Trampın Ukraynada yeni prezident seçilməsinə dair sözlərinə cavab verib
-
“Mançester Yunayted” azlıqda qalan “Tottenhem” üzərində qələbə qazana bilmədi
-
Azərbaycanlı gənc Polşada vəfat etdi
-
“Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u məğlub edib
-
Elnarə Xəlilova oğulları ilə - (Foto)
-
İstanbulda xəstəxanada yanğın: Xəstələr təxliyə edilir - (Foto)
-
Gəncədə atasını yuxudan oyadan oğul həbs olundu
-
Tramp ukraynalıları yeni prezident seçməyə çağırıb
-
Timoşenko hörüklərini açdı - (Video)
-
Lerikə güclü dolu yağdı - (Video)
-
İpek Tanrıyar dəfnə sinəsi açıq gəldi, tənqid olundu - (Foto)
-
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - deputat açıqladı
-
Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta – (Video)
-
Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı





