Tehran Hörmüz boğazından keçid rüsumları məsələsində Rusiya və bir sıra digər ölkələrə güzəştlər nəzərdə tutub.
Milli.Az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyinə İranın Moskvadakı səfiri Kazem Jalali açıqlama verib.
Səfir bildirib ki, hazırda İran Xarici İşlər Nazirliyi dost ölkələr, o cümlədən Rusiya üçün nəzərdə tutulmuş istisnaları tətbiq etməyə çalışır.
Yaxın Şərqdə münaqişə başlayandan sonra İran faktiki olaraq Hörmüz boğazı üzərindən keçidi məhdudlaşdırıb. Bu boğazdan adətən gündəlik təxminən 15 milyon barel xam neft və əlavə 5 milyon barel neft məhsulları daşınır ki, bu da qiymətlərin kəskin artmasına səbəb olub.
Bir ay əvvəl İran XİN Rusiya, Hindistan, İraq, Çin və Pakistan gəmilərinin Hörmüz boğazından sərbəst keçidinə icazə verildiyini açıqlamışdı.
Ayxan
Milli.Az





