İdman

"Turan Tovuz" "Sumqayıt"a qalib gəlib

12 Aprel 2026 20:44
Baxış: 323
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulub.

Milli.Az xəbər verir ki, bağlanış matçı "Turan Tovuz" və "Sumqayıt" komandaları arasında oynanılıb. Tovuz şəhər stadionunda keçirilən qarşılaşma meydan sahibi komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra xallarını 52-yə çatdıran "Turan Tovuz" 3-cü pillədəki mövqeyini möhkəmlədib. "Sumqayıt" isə 32 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Karvan-Yevlax" "Kəpəz"ə 4:1, "Neftçi" "Araz-Naxçıvan"a 2:1, "İmişli" "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəlib, "Sabah" - "Zirə" (2:2) və "Şamaxı" - "Qarabağ" (0:0) oyunlarında isə qalib müəyyənləşməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.