Şou-biznes

“Dedim ki, yaşamaq ümidimi əlimdən alırsınız”

12 Aprel 2026 21:00
Baxış: 418
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Əgər işığa, ümidə inanmasaq, bizdə xoşbəxt gələcəyə ümid olmasa, niyə yaşayırıq? Tamaşaçıdan o ümidi, o işığı almaq olmaz".

Milli.Az xəbər verir ki, bu sözləri Əməkdar artist, tanınmış rejissor Nicat Kazımov "Qapqara" layihəsində deyib. O, tamaşaların insana təsirindən danışıb:

"Elə rejissorlar, tamaşalar, əsərlər var ki, baxırsan, qapqaradır. Hətta özüm gənclik illərimdə çox böyük rejissorlardan birinin tamaşasına baxmışam və ondan sonra demişəm ki, mən bir də sizin tamaşalarınıza gəlib baxmayacağam. Niyə? Çünki siz mənim yaşamaq ümidimi əlimdən alırsınız". (Axşam.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.