Azərbaycan Respublikasının Əməkdar artisti Tamilla Xudayarovanın yubiley konserti - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının Əməkdar artisti Tamilla Xudayarovanın yubiley konserti möhtəşəm və rəngarəng proqramla keçirildi. Sənətkarın uzun illərə söykənən yaradıcılıq yoluna həsr olunan bu gecə musiqi, vokal və rəqs nömrələrinin harmoniyası ilə dinləyicilərə unudulmaz anlar bəxş etdi.
Konsert proqramı P.Çaykovskinin "Qu gölü" baletindən Vals ilə açıldı.Bu ifanı Sənət Uşaq Musiqi və İncəsənət Mərkəzinin kollektivi təqdim etdi. Ardınca Ü.Hacıbəylinin "Arazbarı" əsəri Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında səsləndi.
Gecənin vokal bölməsi Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, Əməkdar artist Zenfira İsmayılovanın milli vokal ixtisası üzrə tələbələrinin çıxışları ilə davam etdi. Bölmə T.Quliyevin "Sevinc mahnısı" ilə Əməkdar artist Firuzə İbadova və ümumi tələbə heyətinin birgə ifası ilə yekunlaşdı. Konsertmeystrlər Vəfa Əzizova və Rəhimə Qurbanovanın müşayiəti ilə təqdim olunan nömrələrdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndi.
Konsert çərçivəsində yubilyar müxtəlif qurumlar və tanınmış sənət xadimləri tərəfindən təbrik olundu. ADKT-nın təqdim etdiyi rəqs sürprizi də dinləyicilər tərəfindən maraqla qarşılandı. Daha sonra "Özbək", "Moldova", "Rus", "Macar", "Gürcü", "Türk", Amerika" və s. xalqlarının rəqsləri təqdim olundu. Bu hissədə Bakı şəhəri 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin "Azəri inciləri" rəqs qrupu, "Təbəssüm" Uşaq Musiqili Teatrının rəqs qrupu, Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının rəqs qrupu, Bakı şəhəri 5 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin rəqs qrupu, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı (baletmeyster Ceyhun Qubadov), Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəqs qrupu, Bakı şəhəri Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin rəqs qrupu, eləcə də solist Solmaz Əsgərovanın çıxışları yer aldı.
Rəqs bölməsinin və konsertin möhtəşəm kulminasiyası Azərbaycan Dövlət Rəqs Ansamblının (baş baletmeyster Rüfət Xəlilzadə) ifasında səslənən Vasif Adıgözəlovun "Azərbaycan süitası" oldu.
Konsert yüksək emosional notlarla başa çatdı.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Türk xalqlarının təsviri sənətində qlobal və lokal diskurslar” adlı beynəlxalq elmi dəyirmi masa - FOTO
-
6 ölkədən 1100-dən çox iştirakçı - Bakıda beynəlxalq sənət festivalı
-
Cenevrədə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb - FOTO
-
Türkiyə–Azərbaycan Kulinariya Forumu Bakıda keçirilib - FOTO
-
Muğam Mərkəzində dünya şöhrətli Dmitri Şostakoviçin 120 illiyinə həsr olunmuş musiqi axşamı keçirilib - FOTO
-
Ədalət Şükürov “Bir Yaz Axşamı” yubiley konserti ilə səhnəyə çıxacaq
XƏBƏR LENTİ
-
Yol polisi Zaqatalada “Təmiz hava” aylığı ilə əlaqədar profilaktik tədbir keçirdi - VİDEO
-
Ötən ay 13 kişi məişət zorakılığı ilə bağlı müraciət edib
-
Naxçıvanda maşın aşdı
-
İran BƏƏ-yə raket və PUA hücumu etdi - Yaralananlar var
-
“Sevinən tərəf olmaq istəyirik”
-
Bu "Samsung" modellərinin dövrü başa çatdı - Dəstəyi dayandırır
-
Adriana Lima və Alessandra Ambrosio Trendyol ilə əməkdaşlığa başlayıb - FOTO
-
Sürücülərə ŞAD XƏBƏR - Cərimə balları ilə bağlı dəyişiklik təklifi
-
Mayın 12-də Milli Məclisdə vacib qərarlar VERİLƏCƏK
-
Rusiya yeni əraziyə daxil OLDU
-
Lombardlardan istifadə edənlərə XƏBƏRDARLIQ - Qızılınız dəyişdirilə BİLƏR
-
Növbəti köç karvanları Ağdam və Xocavənd şəhərlərinə çatıb - YENİLƏNİB
-
HONOR flaqmanı əlçatan edir: 200 MP kamera və “AI Şəkildən Videoya” funksiyasına sahib 600 seriyası - FOTO
-
Lukaşenko Moskvaya getdi
-
Rusiyada daha bir neft emalı zavodu VURULDU
-
Siyəzəndə sahibkarlarla biznesin inkişafına dair təklif və ehtiyacları müzakirə edilib - FOTO
-
Sabah Bakının bu rayonunda qaz OLMAYACAQ
-
Bu dərmanları uşaqlarınıza qətiyyən VERMƏYİN
-
Əməkdar artist klipi üçün 20 kq ARIQLAYIB: 57 kiloya düşüb - FOTO
-
Məhkəmə Timoşenko ilə bağlı gözlənilməz qərar verdi
-
Rusiya dövlət televiziyasında Azərbaycan xəritəsinin təhrif olunmasına XİN-dən reaksiya
-
Nigar qısa ətəyi ilə diqqət çəkdi - VİDEO
-
Atom Elektrik Stansiyasında sızma baş verdi
-
Baş nazirdən QƏRAR





