"O, usta kimi evimizdə içki də içirdi, mən sıxılırdım..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"O vaxt vəziyyət çətin idi. Hətta millət vəkillərindən biri demişdi ki, müəllim işi bitəndən sonra gedib bənna kimi işləsin. Yəqin o millət vəkili, ya da hər hansı qohumu işləyib, bilib ki, belə bir şey var, işləmək olar. Müəllim millətin qürurudur. Ola bilər ki, elektrik, mühafizəçi gedib iki yerdə işləsin. Amma müəllimin bunu işləməsi..."
Milli.Az xəbər verir ki, bu sözləri meyxanaçı Rüfət Nasosnu "Üzləşmə" layihəsində deyib. O, hazırkı dövrdə müəllimlərə yaradılan şəraitin daha yaxşı olduğunu açıqlayıb:
"Bizim evimizdə təmir gedirdi, kafeli müəllim vururdu. İşdən çıxıb gəlib ustanın köməkçisi kimi çalışırdı. Usta kimi evimizdə içki də içirdi, mən sıxılırdım. Axı düz gəlmirdi, müəllim idi. Müəllim həm tərbiyə versin, həm də gəlib evində işləsin, bu, elə bil düz gəlmir. Bir şey ki, Makedoniyalı İsgəndər müəlliminə hörmət edib.
İndi də bir səhnə var ki, hər xatırlayanda utanıram ki, vicdansızlıq etmişəm. Fizika müəllimim vardı, pencəyi sökülmüşdü, biz isə ona lağ edirdik. 3 övladı var idi, səhər 1 saatlıq yolu avtobusla gəlir, 2 növbə dərs deyir, axşam da çıxıb evinə gedirdi.
İndi müəllimlərin vəziyyəti yaxşıdır. Müəllim var ki, onlara ipoteka ilə ev də verirlər. Maksimum səviyyədə güzəştlər olunur. Bölgələrdə onlara torpaq sahələri bağışlayırlar. Sertifikasiyadan 60 bal toplayan müəllimə şəhərdə iş və yüksək əməkhaqqı da verilir. İndi repetitorluq da var. Əvvəl o da yox idi. O vaxt hər müəllimin evində o şərait də yox idi. Ya da evdən qəbul etmirdilər. Psixologiya fərqli idi, qısqanclıq vardı".
R.Nasosnu tarix müəllimi ixtisası üzrə təhsil alasa da, niyə sonradan meyxanaçı kimi fəaliyyət göstərməsinə belə aydınlıq gətirib:
"Mən universitetə hüquq sahəsi üzrə qəbul olmaq istəyirdim. 58-59 balım çatmadı. Orta məktəb bazamla birinci kurs yola verdim. 4-cü kursda isə çox səhvlərim oldu, bu da birbaşa həyatıma təsir etdi. Dostlarımla başladıq meyxana deməyə. Meyxana deməyi özüm istədim". (Axşam.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





