“İndi biz onları boğuruq” - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsrailin Baş naziri Benyamin Netanyahu videomüraciət yayaraq regiondakı hərbi əməliyyatlar və İranla münasibətlər barədə kəskin bəyanatlarla çıxış edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hökumət başçısı İrana qarşı aparılan kampaniyanın hələ yekunlaşmadığını, lakin İsrailin artıq strateji üstünlük qazandığını bildirib.
Çıxışı zamanı üzərində "Müqavimət oxu"nun qırmızı rənglə işarələndiyi Yaxın Şərq xəritəsini nümayiş etdirən Netanyahu İranı "boğduqlarını" bildirib:
"Onlar bizi boğmaq istəyirdilər, amma indi biz onları boğuruq. Onlara ağır zərbələr vurmuşuq, lakin hələ görüləsi işlərimiz çoxdur".
Həmçinin Baş nazir siyasi fəaliyyətinin böyük hissəsini İranın nüvə silahına sahib olmasının qarşısını almağa həsr etdiyini qeyd edib.
O, bu məqsədlə gizli əməliyyatlara icazə verdiyini və beynəlxalq birliyi təhlükə barədə dəfələrlə xəbərdar etdiyini xatırladıb:
"Dünya bizi eşitmək istəmirdi, amma İsrail ötən ilin iyun ayında İrana birbaşa hücum etməklə regiondakı "qorxu səddini" tamamilə aşıb".
Son olaraq, çıxışında kəşfiyyat orqanlarına qarşı sərt ittihamlar səsləndirən Netanyahu 7 oktyabr 2023-cü ildə HƏMAS-ın həyata keçirdiyi hücuma görə məsuliyyəti onların üstünə atıb. O, kəşfiyyat sistemini tənqid edərək bildirib ki, builki əməliyyatlar zamanı keçmişdən fərqli olaraq, dəqiq məlumatlar ona vaxtında çatdırılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Beynimiz bu yaşdan sonra KİÇİLİRMİŞ
-
Qandakı zərərli yağları azaldan möcüzəvi QİDA
-
Toz və səs-küyü azaltmaq üçün tikinti sahəsini nəhəng qabarcıqlarla örtdülər
-
62 yaşlı Hülya Avşarın müzakirə yaradan VİDEOsu: Serenayla Merti ƏLƏ SALDI
-
Vahid idarəetmə sistemi qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Əli Avropa çempionu oldu
-
FİFA dünya çempionatı ilə bağlı yeni qərar verdi
-
Çin avtomobilləri sınaqdan keçə bilmədi: Alıcılar yenidən "köhnə dostlara" qayıdır
-
Günün qoroskopu: artıq hazırırsınız, sadəcə addım atmaq qalır
-
Bakıda keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb - FOTO
-
“Vurulan qollar sualların cavabı idi” - Rəşad Sadıqov
-
“Hisin-pasın içində can veririk”
-
"Yeni Delta 2026" ekspedisiyasının həyəcan təbili: Xəzərin dibi üzə çıxır - FOTO
-
“Eşref Rüya”da yeni sima - “İhtiyar” - FOTO
-
Valdas Dambrauskas: "Futbolçularım uğura ac idilər"
-
Levandovski fantastik təklif alıb: 90 milyon avro maaş
-
“Koroğlu” körpüsü qəzalı vəziyyətdədir? - Açıqlama
-
“Neftçi” “Sabah”ın qələbəsinə belə reaksiya verdi - FOTO
-
Mələkxanım Eyubova və ailəsindən gəlininə sürpriz - VİDEO
-
Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi - FOTO
-
"Sabah" Azərbaycan Kubokunun qalibi olub - YENİLƏNİB
-
Fədayə Laçın Buzovna çimərliyində ilanları paylaşdı - VİDEO
-
"Borussia"nın ulduzu klubdan ayrılmağa qərar verib - FOTO
-
Məşhur aparıcı vəfat etdi - FOTO





