İdman

İnyesta Mərakeş yolunda: Danışıqlar davam edir

6 Mart 2026 13:39
Baxış: 368
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünya futbolunun canlı əfsanəsi, "Barselona"nın keçmiş yarımmüdafiəçisi Andres İnyestanın Mərakeş futbol millisinin texniki direktoru vəzifəsinə gətiriləcəyi ilə bağlı iddialar gündəmi zəbt edib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Mərakeş Futbol Federasiyası ispaniyalı mütəxəssisi bu məsuliyyətli posta gətirməkdə israrlıdır. Hazırda tərəflər arasında danışıqlar aktiv şəkildə davam etdirilsə də, məsələyə hələlik nöqtə qoyulmayıb.

Qeyd edək ki, 2024-cü ilin oktyabrında peşəkar futbolçu karyerasını başa vuran İnyesta artıq məşqçilik kurslarını tamamlamaq üzrədir. Mərakeş tərəfi onun böyük təcrübəsindən xüsusilə gənclərin inkişafı və milli komandanın texniki strukturunun qurulmasında yararlanmaq istəyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.