Xəbər verildiyi kimi, 5 mart tarixində İran Naxçıvana dron hücumu edib. Müdafiə Nazirliyi tərəfindən yayımlanan ilk açıqlamaya əsasən İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hücum aktlarını törətmək üçün yönləndirilib, onlardan biri Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb, digərləri isə mülki infrastrukturu, o cümlədən dərs saatlarında orta məktəb binasını hədəfə alıb.
Bəs dronlar niyə Azərbaycan HHM qüvvələri tərəfindən vurulmayıb?
Milli.Az hadisəni araşdırıb və ilkin ehtimalları sizə təqdim edirik:
Sakinlər 2 dronun mülki infrasturktura dəydiyini təsdiqləsələr də, 3 və 4-cü dronlarla bağlı sosial şəbəkələrdə də bir məlumata rast gəlinmir.
Açıq mənbələrdəki məlumatlara görə, İran tərəfi Naxçıvana ARASH-2 dronları ilə hücum edib. Bu dronların uçuş məsafəsi 2000 km, sürəti isə 185 km/saatdır.

Naxçıvan hava limanından İranla sərhəddə qədər olan məsafə isə 7-8 km-dir. Yəni ARASH-2 dronuna bir neçə dəqiqə kifayətdir, həmin məsafəni qət etsin.

Bəs dronlar niyə vurulmayıb?
Ehtimal olunan səbəbləri təqdim edirik:
1. İrandakı vəziyyətlə əlaqədar dronların Azərbaycanla sərhəddə uçması artıq normaldır və sərhəddə uçan duronu vurmaq əlavə gərginlik yarada bilərdi. İran tərəfi dərhal qeyd edəcəkdi ki, Azərbaycandan bizə hücum var.
2. Dronun sərhəddi 1-2 km pozması da səhvən ola bilərdi və belə olan halda yenə Azərbaycan HHM qüvvələri dronu zərərsizləşdirsə, İran tərəfi eyni arqumenti səsləndirəcəkdi.
3. Azərbaycanın İrana olan münasibətini, cənab Prezidentin baş sağlığ verməsi, səfriliyi ziyarət etməsi və İranın Livandakı səfirliyə görə Azərbaycandan kömək istəməsi fonunda İrandan belə bir hücum gözlənilən deyildi.
4. İlk iki dronun mülki infratruktura hücum etdiyi məlum olduqdan sonra isə İranın digər dronu Azərbaycan HHM qüvvələri tərəfindən dərhal məhv edildi.
Ehtimal olunan nəticə ondan ibarətdir ki, İran tərəfində baş verən gərginlik fonunda dronların səhvliklə sərhədi bir neçə km poza biləcəyi ehtimalı səbəbindən ilk 2 dron HHM-lər tərəfindən vurulmayıb. Həmin dronlar isə 3-4 dəqiqə ərzində əvvəlcədən İran tərəfindən ünvanlanmış hədəflərə dəyiblər.
Hazırda isə hərbi qüvvələrin hazırlıq səviyyəsi daha da yüksəldilib. Bütün müvafiq tapşırıqlar da verilib. Azərbaycan əhalisinin təhlükəsizliyinə istənilən təhdid dərhal məhv ediləcək.
Asif Mehman
Milli.Az





