Komitə sədri istefa verdi: AFFA-da mühüm iclas
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Milli.Az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, qurumun prezidenti Rövşən Nəcəf əvvəlcə UEFA Çempionlar Liqasında "Qarabağ"ın bu mövsüm qazandığı uğurlar münasibətilə komandanın baş məşqçisi Qurban Qurbanovu təbrik edib, bu nəticələrin Azərbaycan futbolunun beynəlxalq nüfuzunun artmasına töhfə verdiyini vurğulayıb. AFFA-nın prezidenti daha sonra iclasın gündəliyi barədə məlumat verib.
İlk olaraq AFFA-nın 2026-cı il üçün büdcəsi müzakirə olunaraq təsdiqlənib.
Ardınca AFFA-nın baş katibi Cahangir Fərəcullayev Əvəzedicilər Liqasının 2026/2027-ci illər mövsümü üçün statusu barədə geniş məlumat verib. Məsələ ətrafında İcraiyyə Komitəsi üzvləri tərəfindən təkliflər səsləndirilib, yekun qərarın verilməsi üçün Klublar Komitəsinin rəyinin alınmasının məqsədəuyğun olduğu bildirilib.
Daha sonra AFFA-nın baş katibinin müavini Elçin Məmmədov Misli Premyer Liqası klublarının akademiyalarında aparılmış yerində təhlillər üzrə hesabatı təqdim edib.
İclasda Hakimlər Komitəsinin tərkibinin formalaşdırılması məsələsinə də baxılıb. Qərara əsasən, Asim Xudiyev, Şahin Cəfərov və Elçin Səmədli yekdilliklə komitənin yeni üzvləri təyin olunublar.
Eyni zamanda Misli Premyer Liqası hakimləri üçün nəzərdə tutulan yeni bonus sistemi baş katib Cahangir Fərəcullayev tərəfindən təqdim olunub. Bu sistemin hakimlərin fəaliyyətinin stimullaşdırılmasına və oyunlarda idarəçiliyin keyfiyyətinin artırılmasına xidmət edəcəyi bildirilib. Təklif olunan sistem İcraiyyə Komitəsinin üzvlərinin səsverməsi ilə təsdiq edilib.
İclasda AFFA-nın növbəti Hesabat Konfransının tarixi də müəyyənləşdirilib. AFFA-nın növbəti Hesabat Konfransının 2026-cı il aprelin 3-də keçirilməsi qərara alınıb.
Oyunçuların Statusu və Transferi Komitəsinin sədri Tural Eyvazovun öz xahişi ilə vəzifəsindən ayrılması ilə bağlı ərizəsi qəbul edilib. Qərara əsasən, bu komitəyə Sərxan İbadov yeni sədr seçilib.
Sonda 2027-ci ildə Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 Dünya çempionatı ilə əlaqədar ev sahibliyi müqaviləsi təsdiqlənib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Sabah” - “Orhus” oyununun hakimləri dəyişdirildi
-
Qurban Qurbanovdan məğlubiyyət şərhi
-
"Real Madrid"in transfer planı alınmadı: Rodri "Barselona"ya üz tutdu
-
“Beşiktaş” səfərdə qələbə qazanıb
-
"Qarabağ" səfərdə "Dinamo"ya minimal fərqlə uduzub - Yenilənib
-
"Real Madrid"də Vinisiusun taleyinə aydınlıq gəldi
XƏBƏR LENTİ
-
Aİ-nin Ermənistan üzərində təsir imkanları yoxdur
-
Media və Yayım Şurasının strukturu təsdiqlənib
-
Sabahın hava proqnozu açıqlandı
-
Türkiyədə 4,1 bal gücündə zəlzələ qeydə alınıb
-
“Sabah” - “Orhus” oyununun hakimləri dəyişdirildi
-
Pezeşkian qonşu ölkələrin dəstəyindən danışdı: “Buna imkan vermədilər”
-
Aytən Abdullayevaya yüksək vəzifə verildi
-
Tailandda məktəbdə qanlı atışma: 7 nəfər öldü
-
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan müdafiə sazişi imzalayacaq
-
"Tarqovu"da güclü yanğın başladı - (Yenilənib/Video)
-
Ucarda 1 tondan çox narkotik tərkibli bitki məhv edildi
-
Bakıda vəzifəli şəxsin meyiti tapıldı
-
Rusiya Qara dənizdə Ukrayna üçün yük daşıyan gəmilərə zərbə endirib
-
Cüdoçumuzun atası vəfat etdi
-
Tərtərdəki hadisənin təfərrüatı: Ər-arvadı yandırıb evdəki pulu oğurlayıbmış
-
Kimlər adını dəyişə bilməz? - Rəsmi
-
Zərdabda qəsdən yanğın törədən şəxs müəyyən edildi
-
Kuşadası Bələdiyyəsinə qarşı əməliyyat: 15 nəfər saxlanıldı
-
Tibb müəssisələrində yoxlamalar: 39 obyektdə nöqsan aşkarlanıb
-
Kolleclərə qəbul üzrə ixtisas seçiminin vaxtı açıqlandı
-
Azərbaycanda 10 min manat maaşlı işlər var - Vakansiyalar açıqlandı
-
Bakı metrosundan bir ayda neçə milyon sərnişin istifadə edib?
-
Bir gündə 55 cinayət açıldı
-
Tamilladan Elton Hüseynəliyevə romantik təbrik





