İdman

ÇL: Pley-off-un ilk matçlarının NƏTİCƏLƏRİ

19 Fevral 2026 09:14
Baxış: 742
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk qarşılaşmaları başa çatıb.

Milli.Az xəbər verir ki, dörd oyunun keçirildiyi mərhələdə yalnız bir matçda meydan sahibləri qələbə qazana bilib.

Oyunlarda ümumilikdə 17 qol vurulub və azarkeşlər bolqollu görüşlərin şahidi olublar.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi - ilk oyunlar

18 fevral

21:45 - Qarabağ (Azərbaycan) 1:6 Nyukasl (İngiltərə)

Təmsilçimiz Bakıda ağır məğlubiyyətlə üzləşib. İngiltərə klubu hücumda yüksək effektivlik nümayiş etdirərək səfərdə böyükhesablı qələbə qazanıb.

19 fevral

00:00. "Brügge" (Belçika) 3:3 "Atletiko" (İspaniya)

Belçikada baş tutan qarşılaşma altı qolla yadda qalıb. Tərəflər meydanı sülhlə tərk ediblər.

00:00. "Olimpiakos" (Yunanıstan) 0:2 "Bayer" (Almaniya)

Almaniya təmsilçisi səfərdə inamlı oyun sərgiləyərək iki cavabsız qolla qalib gəlib.

00:00. "Budyo Qlimt" (Norveç) 3:1 "İnter" (İtaliya).

Norveç klubu doğma meydanda sürpriz nəticəyə imza ataraq İtaliya nəhəngini məğlub edib.

Qeyd edək ki, pley-off mərhələsinin cavab qarşılaşmaları 24-25 fevral tarixlərində keçiriləcək və 1/8 finala vəsiqə qazanan komandalar həmin oyunlardan sonra müəyyənləşəcək.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.