Ağbənd körpüsü regional logistikanın əsas halqasına çevrilir - Şahin Mustafayev
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hazırda Ağbənd körpüsü tam hazırdır, sərhəd-keçid məntəqəsinin tikintisinin isə qısa müddətdə başa çatdırılması gözlənilir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, İran tərəfi də öz ərazisində müvəqqəti keçid infrastrukturu hazırlayır. Layihə tam başa çatdıqdan sonra Fars körfəzi ilə Qara dəniz arasında əlaqə daha səmərəli olacaq.
Şahin Mustafayev müzakirə olunan mövzulara da toxunub. O qeyd edib ki, Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq çərçivəsində keçirilən görüşlər artıq paytaxtlardan kənarda - regionlarda təşkil olunmağa başlayıb. Bu isə tərəflər arasında həm ümumi, həm də regional məsələlərin daha geniş müzakirəsinə əlavə imkanlar yaradır:
"Bu formatda ilk görüş ötən ilin avqust ayında Hökumətlərarası Komissiyanın 23-cü iclası çərçivəsində Astraxan şəhərində keçirilib. Yeni yanaşma artıq müsbət ənənəyə çevrilir və gələcək iclasların da regionlarda təşkili planlaşdırılır.
Bu iclasda Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının bütün istiqamətləri üzrə mövcud vəziyyət təhlil olundu, birgə təkliflər hazırlandı və müvafiq qərarlar qəbul edildi. Görüşün yekunu olaraq imzalanan protokol gələcək əməkdaşlıq üçün mühüm sənəd hesab olunur. İki ölkə arasında əlaqələr prezidentlərin siyasi iradəsi əsasında uğurla inkişaf edir. Xüsusilə ticarət-iqtisadi münasibətlər diqqət çəkir. Belə ki, ticarət dövriyyəsi 4,9 milyard dolları ötüb, cari ilin ilk üç ayında isə bu göstərici 750 milyon dollardan çox olub. Gələcəkdə bu rəqəmlərin daha da artırılması üçün əlavə addımların atılması nəzərdə tutulur".
"Rusiya tərəfinə işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi layihələrə görə təşəkkür etdik. Bildiyiniz kimi, Rusiya tərəfindən Araz vadisi iqtisadi zonasında "KamAZ" şirkətinin servis mərkəzi yaradılıb. Eyni zamanda, Astraxan vilayəti tərəfindən Qubadlı rayonunun Kəhrizli kəndində uşaq bağçasının inşası davam etdirilir.
Azərbaycan və Rusiya arasında iqtisadi potensialın geniş olduğu vurğulanıb və rus şirkətləri müxtəlif sahələr üzrə əməkdaşlığa dəvət edilib. Sabah Bakı şəhərində Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçiriləcək. Tədbirdə iş adamlarının iştirakı ilə təqdimatlar təşkil olunacaq.
İki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri nəqliyyat-logistika sahəsidir. Azərbaycan həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir ki, bu da ölkənin strateji əhəmiyyətini artırır.
Ağbənd körpüsü bu baxımdan xüsusi rol oynayır. Körpü vasitəsilə yüklərin Fars körfəzi istiqamətində daşınması mümkün olacaq. Eyni zamanda, bu marşrut Azərbaycan-İran-Naxçıvan-Türkiyə əlaqələrinin gücləndirilməsinə xidmət edir", - Ş. Mustafayev əlavə edib.
Baş nazirin müavini vurğulayıb ki, 2024-cü il dekabrın 21-də Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı imzalanmış sazişə əsasən, Azərbaycan ərazisində dəmir yolu imkanlarının genişləndirilməsi, İran tərəfində isə Rəşt-Astara xəttinin tikintisi nəzərdə tutulur:
"Bu layihə Rusiyadan Fars körfəzinə birbaşa dəmir yolu bağlantısının yaradılmasına imkan verəcək.
Son dövrlərdə regionda baş verən gərginliklər Şimal-Cənub dəhlizinin əhəmiyyətini bir daha nümayiş etdirib. Azərbaycan Prezidentinin təşəbbüsü ilə Ermənistan istiqamətində tranzit yüklərin daşınmasına şərait yaradılıb. Bu çərçivədə indiyədək 26 min tondan artıq yük daşınıb və bu addım yüksək qiymətləndirilib".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İyunun 17-19-da bəzi dağlıq rayonlarda leysan və dolu gözlənilir
-
Azərbaycanın turizm bölgələrində ailəvi istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
-
Sabah dəniz suyunun temperaturu 21-24 dərəcə təşkil edəcək
-
Azərbaycanda avtomobil bazarında qiymət artımı zəifləyib
-
Otlaq mövsümündə təhlükə: Heyvanlar üçün qarayara peyvəndi niyə vacibdir?
-
Mingəçevirdə kafedə gənci bıçaqlayan şəxs saxlanıldı
XƏBƏR LENTİ
-
İyunun 17-19-da bəzi dağlıq rayonlarda leysan və dolu gözlənilir
-
Zabit Nəbizadə oğluna gəlinsiz toy etdi - VİDEO
-
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü
-
Azərbaycanın turizm bölgələrində ailəvi istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
-
Keçmiş "Barselona"lı ulduz Toralın komanda yoldaşı olacaq
-
Tunis Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Rusiyada azərbaycanlı fəhlə hündürlükdən yıxılıb öldü
-
"Qarabağ"ın legioneri Kevin Medina komandadan ayrıldı
-
Prezident İlham Əliyev ilə Niderlandın Baş naziri Rob Jetten arasında telefon danışığı olub
-
Tovuzda çayda çimən 22 yaşlı gənc batdı
-
Soyuducu və sobaları elektrik uzadıcısına qoşmayın - Xəbərdarlıq
-
Türkiyəli fenomen Afrikada uşaqları sevindirdi – VİDEO
-
Sabah dəniz suyunun temperaturu 21-24 dərəcə təşkil edəcək
-
Azərbaycanda avtomobil bazarında qiymət artımı zəifləyib
-
Otlaq mövsümündə təhlükə: Heyvanlar üçün qarayara peyvəndi niyə vacibdir?
-
Xalq artistinin gözlənilməz "qonağı" gülüş doğurdu - VİDEO
-
Gürcüstan 94 xaricini deportasiya etdi: Arasında azərbaycanlılar da var
-
İstanbulda şagird imtahana təcili yardım maşını ilə aparıldı - VİDEO
-
Çində 6.3 gücündə zəlzələ oldu
-
Mingəçevirdə kafedə gənci bıçaqlayan şəxs saxlanıldı
-
Baytarlıq preparatları vergidən azad olundu
-
Qəbələdə ev yandı - Yaralanan var
-
"İdrak" liseyinin dəbdəbəli məzun gecəsi - FOTO - VİDEO
-
Bölgələr üzrə pensiyalar iyunun 19-da veriləcək (ÖZƏL)





