UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk qarşılaşmaları başa çatıb.
Milli.Az xəbər verir ki, dörd oyunun keçirildiyi mərhələdə yalnız bir matçda meydan sahibləri qələbə qazana bilib.
Oyunlarda ümumilikdə 17 qol vurulub və azarkeşlər bolqollu görüşlərin şahidi olublar.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi - ilk oyunlar
18 fevral
21:45 - Qarabağ (Azərbaycan) 1:6 Nyukasl (İngiltərə)
Təmsilçimiz Bakıda ağır məğlubiyyətlə üzləşib. İngiltərə klubu hücumda yüksək effektivlik nümayiş etdirərək səfərdə böyükhesablı qələbə qazanıb.
19 fevral
00:00. "Brügge" (Belçika) 3:3 "Atletiko" (İspaniya)
Belçikada baş tutan qarşılaşma altı qolla yadda qalıb. Tərəflər meydanı sülhlə tərk ediblər.
00:00. "Olimpiakos" (Yunanıstan) 0:2 "Bayer" (Almaniya)
Almaniya təmsilçisi səfərdə inamlı oyun sərgiləyərək iki cavabsız qolla qalib gəlib.
00:00. "Budyo Qlimt" (Norveç) 3:1 "İnter" (İtaliya).
Norveç klubu doğma meydanda sürpriz nəticəyə imza ataraq İtaliya nəhəngini məğlub edib.
Qeyd edək ki, pley-off mərhələsinin cavab qarşılaşmaları 24-25 fevral tarixlərində keçiriləcək və 1/8 finala vəsiqə qazanan komandalar həmin oyunlardan sonra müəyyənləşəcək.
Hüseyn
Milli.Az