İngiltərə millisinin sabiq hücumçusu Endi Kerroll ciddi hüquqi problemlərlə üzləşib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, SHOT Telegram kanalı xəbər verir ki, futbolçu bir qadını təqib etməkdə ittiham olunur və bu səbəbdən onu 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
Bildirilir ki, Endi Kerroll daha əvvəl zorlamaya cəhd iddiası ilə London hava limanında saxlanılıb. Daha sonra o, 2026-cı ilin fevral ayınadək girov qarşılığında sərbəst buraxılıb. Lakin futbolçu məhkəmənin qoyduğu şərtlərə əməl etməyərək zərərçəkmişlə əlaqə saxlamaqda davam edib və ona yaxınlaşmanı qadağan edən qərarı pozub.
Kerrollun işi üzrə növbəti məhkəmə iclası dekabrın 30-na təyin edilib. Həmin iclasda onun girov şərtlərini pozması ilə bağlı məsələ araşdırılacaq.

Qeyd edək ki, 36 yaşlı Endi Kerroll karyerası ərzində "Liverpul", "Nyukasl Yunayted" klublarında və İngiltərə milli komandasında çıxış edib. Bu il isə o, Fransanın "Bordo" klubundan İngiltərənin "Dagenhem & Redbric" klubuna transfer olunub.
Hüseyn
Milli.Az





