İdman

"Traktor" klubunun sahibi: "Məni təhqir edin, ancaq Azərbaycan xalqını yox"

28 Dekabr 2025 20:12
Baxış: 349
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təbrizin "Traktor" futbol klubunun sahibi Məhəmmədrza Zunuzi televiziya kanallarının birində canlı yayımda çıxışı zamanı türklərə qarşı təhqirlərə sərt reaksiya verib.

Milli.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

O, bildirib ki, şəxsi təhqirlərə dözə bilər, lakin Azərbaycan xalqına qarşı hörmətsizliyə heç vaxt göz yummayacaq.

Zunuzi qeyd edib ki, etnik təhqirlər davam edərsə, komandanın oyunlara çıxmasına icazə verməyəcək:

"Futbolda başımızı da kəssələr, türklərə qarşı təhqir qarşısında geri çəkilməyəcəyik. Xalqın qeyrəti "Traktor"dan da önəmlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.