İdman

Əfsanəvi baş məşqçi vəfat etdi

26 Dekabr 2025 19:51
Baxış: 463
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransalı futbol məşqçisi və futbol dünyasının "rəmzi" simalarından biri olan Jan-Lui Qas 72 yaşında dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, Qassetin həyatı, atası Bernar Qassetin Lui Nikollin ilə birlikdə təsis etdiyi "Monpelye" klubu ilə sıx bağlı olub. Monpelyedə doğulan Jan-Lui 1975-1985-ci illər arasında bu klubun heyətində yarımmüdafiəçi kimi 231 oyuna çıxıb. Futbolçu karyerasından sonra o, üç fərqli dövrdə (sonuncusu ötən il olmaqla) komandaya baş məşqçilik edib.

Uzun müddət Loran Blanın köməkçisi kimi "Bordo", "Paris Sen-Jermen" və 2010-2012-ci illərdə Fransa milli komandasında çalışıb.

"Sent-Etyen", "Bordo" və yaxın keçmişdə "Marsel" komandalarına rəhbərlik edib.

2023-cü ildə Afrika Millətlər Kuboku zamanı komandanın sükanı arxasında olub, lakin turnirin ortasında istefa verib.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.