İdman

Azərbaycan yığmasının sabiq futbolçusu Türkiyədə saxlanıldı -

26 Dekabr 2025 13:57
Baxış: 401
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə futbolunu sarsıdan qanunsuz mərc istintaqı davam edir və saxlanılan futbolçular arasında İsmayıl Karakaş da yer alıb.

Milli.Az xəbər verir ki, Baş Prokurorluğun açıqlamasına görə, "Erciyes 38 "Futbol İdman Klubunda oynayan Karakaş matç nəticələrinə təsir göstərmək məqsədilə mərc etməkdə ittiham olunur.

İsmayıl Karakaş Azərbaycanın 17 (U-17) və 19 (U-19) yaşa qədər futbolçulardan ibarət yığma komandalarının sabiq oyunçusu olub. 

Prokurorluğun məlumatına görə, Karakaş və digər futbolçular öz komandalarının oyunlarını qazanması üçün rəqib komandalara mərc etmək, matç nəticələrinə təsir göstərməkdə ittiham olunurlar. İstintaq 7258 və 6222 saylı qanunlar çərçivəsində aparılır və əlaqəli maliyyə əməliyyatları da təhlil edilir.

Saxlanılan futbolçuların istintaq çərçivəsində ifadələri alınır və əlavə sübutlar araşdırılır.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.