İdman

Futbolçu oyun zamanı ÖLDÜ: qəpiyə görə

25 Dekabr 2025 09:19
Baxış: 833
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Burundidə futbol matçı zamanı ağır hadisə baş verib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, "Qepye-dyu-Lak" klubunun yarımmüdafiəçisi İqiraneza Ayme Gerikin "Amassipiri" komandası ilə keçirilən qarşılaşma zamanı qəfil özünü pis hiss edib.

Məlumata əsasən, futbolçu cadugərlik ayini çərçivəsində ağzında saxladığı qəpiyi udub. Dəmir pul boğazına düşərək nəfəs borusunu bağlayıb və bu, onun boğulmasına səbəb olub.

Hadisədən dərhal sonra tibbi heyət meydançada müdaxilə etsə də, futbolçunun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.