Xəbər verdiyimiz kimi, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində "Fənərbağça" klubunun prezidenti Sadettin Saranın saç nümunəsində narkotik maddə (kokain) aşkarlanıb.
Milli.Az xəbər verir ki, məhkəmə-Tibbi Ekspertiza Qurumu tərəfindən hazırlanan hesabat prokurorluğa təqdim olunub. Qan, sidik və dırnaq nümunələrində isə test nəticələri neqativ olub.
Sadettin Saran test nəticələrinin açıqlanmasından sonra açıqlama verərək bildirib:
"Məhkəmə Tibb İnstitutunun müsbət nəticə verdiyi iddia olunan maddəni heç vaxt istifadə etməmişəm. Bu iddialar mənim nüfuzuma xələl gətirməyə və təmsil etdiyim qurumları sarsıtmağa yönəlmiş açıq-aşkar böhtan kampaniyasıdır. Bütün nümunələri dərhal yenidən təqdim etməyə hazıram" .
Qeyd edək ki, Saran "narkotik maddələr təmin etmək" və "narkotik maddələrin istifadəsinə kömək etmək" ittihamları ilə prokurorluqda ifadə vermiş və sərbəst buraxılmışdı.
Fidan
Milli.Az





