İdman

"Fənərbağça" prezidentinin narkotik testi pozitiv çıxdı

24 Dekabr 2025 11:25
Baxış: 479
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən ifadə vermək üçün çağırılan və daha sonra Məhkəmə Tibbi Ekspertiza İnstitutuna qan və saç nümunələri təqdim edən Sadettin Saranın saç nümunələrində "kokain" aşkarlandığı məlum olub.

Milli.Az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərlə Mübarizə Bürosu tərəfindən aparılan narkotik istintaqı davam edir.

Xatırladaq ki, "Narkotik maddələrin təmin edilməsi" və "narkotik maddələrin istifadəsinə kömək etmək" cinayətləri ilə bağlı istintaq başlanan "Fənərbağça" İdman Klubunun prezidenti Sadettin Saran dekabrın 20-də Çağlayandakı İstanbul Məhkəməsində dövlət prokuroruna ifadə verib.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.