Bloqer Ceyk Pol dünya çempionu Entoni Coşuaya qarşı döyüşdə çənəsinin sındığını bildirib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "RBC" nəşri məlumat verib.
"Əla döyüş idi, zövq aldım. Çənəm sınıb. Amma buna baxmayaraq geri qayıdacağam, dünya çempionu olmaq istəyirəm", - deyə Pol döyüşdən sonra rinqdə verdiyi müsahibədə bildirib.
Qeyd edək ki, Mayamidə baş tutan döyüş altıncı raundda Polun nokauta salınması ilə başa çatıb. Pol xəstəxanaya getdiyi üçün döyüşdən sonrakı mətbuat konfransında iştirak etməyib.
Milli.Az





