İdman

İlk qələbəni azyaşlı azarkeşə həsr etdi - “Məni inandırdı ki, qalib gələcəyik”

17 Oktyabr 2025 18:51
Baxış: 526
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Bu qələbəni azarkeşlərimizə, xüsusilə azyaşlı azarkeşimiz Babəkə həsr edirik. Çətin oyun olacağını bilirdik. Stressdən, gərginlikdən çıxmaq üçün yol axtarırdıq.

İnanıram ki, bu qələbə açar olacaq. Yaxşı komandaya qarşı oynadıq. "Şamaxı" necə oynamaq lazım olduğunu bilir. Rəqibi təhlil etmişdik. Şükürlər olsun ki, bu gün qələbə qazandıq".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 8-ci turunun "Şamaxı" ilə oyunundan (4:1) sonra keçirilən mətbuat konfransında deyib. mütəxəssis daha sonra ona ünvanlanan sualları cavablandırıb:

- Babək kimdir?

- Gəncədən gələndə məni inandırdı ki, qələbə qazanacağıq. Onun sözləri mənim üçün xüsusi motivasiya idi. Buna görə onun adını çəkdim.
- Sanki Ayxan Abbasovla aranızda soyuqluq var. Nə baş verib?

- Heç bir soyuqluq yoxdur. Oyundan qabaq bir yerdə idik, xeyli söhbət etdik. Ayxanla çox yaxşı münasibətimiz var. Biz çox yaxın qardaşıq, bir-birimizin xətrini çox istəyirik. Ayxan Abbasovun köməkçisi Elnur Çodarov da mənim uşaqlıq dostumdur.

- "Kəpəz"in artıq özünə gəldiyini demək olar?

- İşimiz çoxdur. Paltardəyişmə otağında vurğuladım ki, hələ heç nə etməmişik. Daha güclü olmalıyıq.

- Ötənilki komanda ilə hazırkı komandanı necə müqayisə edərdiniz?

- Müqayisə etmək istəmirəm. O həyətdə də yaxşı futbolçular var idi, bu gün də var. Yolumuza davam edirik. Bu futbolçular bizə xallar qazandıracaq. Onları inandırmaq lazımdır. İnam ən güclü silahdır.

Qeyd edək ki, "Kəpəz" mövsümdə ilk qələbəsini qazanıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.