İdman

Futbolçularımız Belçikanı 3:0 hesabı ilə məğlub etdi

17 Oktyabr 2025 17:30
Baxış: 416
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"İlk oyun olduğu üçün futbolçularımız həyəcanlı idi".

Milli.Az xəbər verir ki, bunu amputant futbolu üzrə Azərbaycan millisinin baş məşqçisi Ramil Həbibov Bakıda Belçikanı 3:0 hesabı ilə məğlub etdikləri Millətlər Liqasının C qrupunun oyunundan sonra deyib.

O, komandasının turnirdəki hədəfini açıqlayıb: "Komandadan gözləntimiz birinci olmaqdır. 4 oyunun hamısında qələbə qazanmaq istəyirik. Futbolçularımın fiziki durumu çox yaxşıdır. Bu turnirdən sonra daxili çempionatımız da keçiriləcək".

Qeyd edək ki, millimiz növbəti matçı İsrailə qarşı keçirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.