İdman

"Benfika" prezidenti həbs edilə bilər

7 Oktyabr 2025 17:38
Baxış: 325
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Benfika" prezidenti Rui Kosta sanksiyalara zidd pul köçürməsinə görə məhkəməyə çağırılıb

Milli.Az xəbər verir ki, Portuqaliyanın "Benfika" klubunun prezidenti Rui Kost, Rusiyanın "Lokomotiv" klubundan aldığı 76 min avro məbləğində pul köçürməsi ilə bağlı məhkəməyə çağırılıb.

Bu əməliyyat 2023-cü ildə argentinalı müdafiəçi German Kontinin "Lokomotiv"ə transferi zamanı həyata keçirilib.

İstintaqın məlumatına əsasən, köçürmə Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları pozur. Rui Kosta iyul ayında ifadə verməli olsa da, görüşün tarixini təxirə salıb.

Məsələyə bank tərəfindən diqqət çəkilib və əməliyyat prokurorluq tərəfindən dayandırılıb. Qərara əsasən, məbləğ göndərən tərəf - "Lokomotiv" klubuna geri qaytarılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.