İdman

Azərbaycan Qran-prisi: "Ferrari" pilotu ikinci sərbəst yürüşdə birinci olub - YENİLƏNİB

19 Sentyabr 2025 17:09
Baxış: 457
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

17:09

Bakıda təşkil olunan "Formula-1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başa çatıb.

Milli.Az xəbər verir ki, "Ferrari" pilotu Lyuis Hemilton ən yaxşı nəticəni göstərib, komanda yoldaşı Şarl Lekler ikinci, "Mercedes"dən Corc Russell isə üçüncü olub. İlk sərbəst yürüşdə "Maklaren" pilotu Lando Norris birinci sırada qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də yekunlaşacaq.

16:41

Formula 1 Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşündə qəza baş verib.

Milli.Az xəbər verir ki, "Ferrari"nin monakolu sürücüsü Şarl Leklerin bolidi təhlükəsizlik maneəsinə çırpılıb və qırmızı bayraq qaldırılıb.

Onun bolidi trasdan kənarlaşdırılıb.

16:08

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüşə start verilib.

Milli.Az xəbər verir ki, yürüşdə 10 komanda mübarizə aparır.

Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik trekdə dövrə vuracaqlar.

İlk sərbəst yürüşdə "McLaren" komandasının britaniyalı pilotu Lando Norris birinci olub.

Xəbər yenilənəcək

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.