İdman

"Qarabağ" pley-off"a yüksəlsə... - Potensial rəqiblər

1 Avqust 2025 21:00
Baxış: 744
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avqustun 4-də İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının pley-off mərhəələsinin püşkatma mərasimi keçiriləcək.

Milli.Az azerisport.com-a istinadən xəbər verir ki, püşkatma zamanı Azərbaycan təmsilçisi "Qarabağ" da potensial rəqibini öyrənəcək. Qurban Qurbanovun komandası 3-cü təsnifat raundunda Şimali Makedoniya təmsilçisi "Şkendiya" ilə qarşılaşacaq. İlk oyun avqustun 5-i Skopyedə, cavab matçı avqustun 12-si Bakıda keçiriləcək.

Püşkatma zamanı "Qarabağ" - "Şkendiya" cütü səpələnməmişlər səbətində yer alacaq. Bu cütün qalibi pley-off mərhələsində səpələnmişlər səbətində yer alacaq aşağıda adları qeyd edilən komandalardan biri ilə qarşılaşacaq:

- "Budyo-Qlimt" (Norveç)

- "Seltik" (Şotlandiya)

Və ya ÇL-də 3-cü raundun aşağıdakı cütlərinin qaliblərindən biri ilə:

"Malmö" (İsveç) - "Kopenhagen" (Danimarka)

"Lex" (Polşa) - "Srvena Zvezda" (Serbiya)

"Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan)

Püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Çempionlar Liqasının pley-off mərhələsinin oyunları 19/20 və 26/27 avqust tarixlərində keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.