İdman

Messinin vida matçının təxmini tarixi AÇIQLANDI

12 İyul 2025 17:15
Baxış: 938
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İspaniyanın "Barselona" klubunun rəhbərliyi argentinalı futbol ulduzu Lionel Messinin vida oyununun təxmini tarixini müəyyənləşdirib.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, bu hadisə 2026/27 mövsümündə yenidənqurmadan sonra tam açılışı planlaşdırılan "Kamp Nou" stadionunda baş tutacaq. "Barselona" rəhbərliyi artıq Messinin ailəsi ilə əlaqə saxlayıb və argentinalı futbolçu oyunun təşkili ilə razılaşıb.

Qeyd edilir ki, "Barselona" yenilənmiş "Kamp Nou"da ilk oyununu iyulun 10-da keçirməlidir, lakin stadionun tamaşaçı tutumu yalnız 35 min nəfər olacaq. Daha sonra klub İspaniya çempionatı və Çempionlar Liqası oyunları üçün bu rəqəmin 60 minə qədər artırılması üçün icazə almağı planlaşdırır. Bir il sonra isə komanda oyunlarını məhdudiyyətsiz tamaşaçı sayı ilə keçirə biləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.