İdman

"Qarabağ"ın Çempionlar Liqası matçlarının başlama saatı bilindi

7 İyul 2025 18:41
Baxış: 1 464
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçirəcəyi oyunların başlama saatı müəyyənləşib.

Milli.Az xəbər verir ki, bu barədə Teleqraf-a klubun mətbuat katibi Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.

Bu barədə UEFA-ya da müvafiq qaydada məlumat verilib.

"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Azərbaycan təmsilçisinin hansı rəqiblə üz-üzə gələcəyi bilinməsə də, ilk oyunun iyulun 23-də Bakı vaxtı ilə saat 22:45-də başlayacağı da dəqiqləşib.

Qeyd edək ki, hazırda Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama matçını keçirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.