İdman

"Neftçi" fransalı oyunçu aldı - FOTO

6 İyul 2025 11:05
Baxış: 469
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Neftçi" yeni mövsüm üçün növbəti transferini rəsmiləşdirib.

Klubdan Milli.Az-a verilən məlumata görə, fransalı sağ cinah yarımmüdafiəçisi İmad Faraj artıq "Neftçi" ailəsinin üzvüdür. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

"Lill" akademiyasında yetişən Faraj Fransa, Portuqaliya və Belçika liqalarında oynayıb, sonuncu klubu AEK (Larnaka) ilə Kipr Kubokunun qalibi olub. Fransanın U-16, U-17, U-18 və U-19 milli komandalarının şərəfini qoruyub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.