Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun ulduz futbolçusu Lionel Messi 38 yaşını ailəsi və yaxın dostlarının əhatəsində qeyd edib.
Milli.Az xəbər verir ki, futbolçunun həyat yoldaşı Antonella Rokuzzo bu özəl günlə bağlı sosial şəbəkə izləyiciləri ilə bir sıra fotoları paylaşıb. Kadrlarda Messi ailəsi və dostları ilə birlikdə ad günü tortu kəsərkən, gülümsəyərək kamera qarşısında poz verərkən görüntülənib. Antonella paylaşımına ürək emojiləri və təbrik mesajı da əlavə edib.
Qeyd edək ki, Lionel Messi bu yaxınlarda keçirilən "Copa America 2024" turnirində Argentina yığmasının heyətində çıxış edib və milli komandaya önəmli dəstək verib. Ad gününü isə turnir zamanı ailəsinin yanına qayıdaraq qeyd edib.
Messinin ad günü fotoları qısa zamanda sosial mediada böyük marağa səbəb olub, azarkeşlər və tanınmış şəxslər ulduz futbolçunu təbrik edən yüzlərlə şərh yazıblar.
Asya
Milli.Az