"Qalatasaray"ın ulduzu Mauro İkardi ilə yolları ayrılan Vanda Nara yenidən gündəmə gəlib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, onun adı bu dəfə başqa bir ulduz futbolçu ilə gündəmə gəlib.
Belə ki sosial şəbəkədə yayılan videoda Naranın "Roma"nın ulduz futbolçusu Leandro Paredesin qucağında hovuzda keçirdiyi əyləncəli anları əks olunub.
Sözügedən görüntü geniş müzakirələr yaradıb. Diqqət çəkən məqam o olub ki, futbolçu ailəlidir və iki övladı var.
Nara yayılan videosu ilə bağlı AS-a açıqlama verərək, görüntülərin 2020-ci ilə aid olmasını iddia edib. O hətta həmin dövrdə İkardi və Paredesin PSJ-də birlikdə çıxış etdiyini bildirib.
Hüseyn
Milli.Az