"Kəpəz"in yeni baş məşqçisinin adı rəsmən açıqlanıb.
Milli.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı Adil Şükürov çalışdıracaq. Şükürovla 2 illlik müqavilə imzalanıb. O, bu vəzifədə Azər Bağırovu əvəzləyib.
Xatırladaq ki, A.Şükürov 2023-cü ilin noyabrından 2024-cü ilin avqust ayına kimi də "sarı-göylər"i çalışdırıb.
Adil Şükürov "Kəpəz"də futbolçu kimi də çıxış edib. O, 1999/2000-ci illər mövsümdə "Kəpəz"in heyətində ölkə çempionatının gümüş medallarını qazanıb, Azərbaycan kubokunu başı üzərinə qaldırıb.
Milli.Az