İdman

Messi boşanır?

11 May 2025 11:09
Baxış: 814
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur Kuba astroloqu Meni Vidente "İnter Mayami" və Argentina milli komandasının əfsanəvi futbolçusu Lionel Messi ilə həyat yoldaşı Antonella Rokkuzzonun yaxın gələcəkdə ayrılacağını iddia edib.

Milli.Az xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb.

Nəşrə verdiyi müsahibədə Vidente Messinin başqa qadınla romantik əlaqəsi olduğunu, Antonellanın isə yaxın zamanda başqa kişi ilə münasibətə başlayacağını iddia edib.

Antonella haqqında Vidente hətta daha da qəti ifadə işlədib: "O artıq Messiyə dözə bilmir", - deyə astroloq bəyan edib.

Xatırladaq ki, cütlük yeniyetməlik dövründən bəri birlikdədir və üç uşaq böyüdür. /Oxu.Az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.