İdman

Qiymətini 100 milyona qaldırdılar

21 Aprel 2025 12:14
Baxış: 478
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ayntraxt Frankfurt" 22 yaşlı hücumçunun transfer qiymətini qaldırıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, klub Uqo Ekitikenə 100 milyon avro qiymət qoyub.

Sözügedən məlumatı jurnalisti Florian Plettenberq verib. Mənbəyə görə, alman klubu yayda fransalı futbolçu ilə vidalaşmağa hazırlaşır.

Gənc oyunçu "Mançester Yunayted" və "Arsenal" kimi klubların maraq dairəsinə düşüb.

Qeyd edək ki, Uqo bu mövsüm bütün turnirlər daxil olmaqla, keçirdiyi  43 oyunda 21 qol və 9 məhsuldar ötürmə aktivinə yazdırıb. Onun komandası ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. 

Tural
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.