İdman

"Qarabağ" Veşoviçlə bağlı qərarını verdi

7 Aprel 2025 16:11
Baxış: 531
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ" yay transfer dönəmi üçün çalışmalara başlayıb.

Milli.Az  xəbər verir ki, klub Marko Veşoviçlə bağlı qərarını verib.

Ağdam təmsilçisi monteneqrolunun çıxışından məmnundur.

Tək mənfi nüans futbolçunun zədəyəmeyilli olmasıdır. Tez-tez zədələnən müdafiəçi cari mövsümün təxminən yarısında meydana çıxa bilməyib.

Buna baxmayaraq, klub Veşoviçi heyətində saxlamaq niyyətindədir. Müqaviləsi yayda bitən oyunçuya yeni sözləşmə təklif olunacaq.

Onun özünün də komandada qalmaq istədiyi bildirilir.

Qeyd edək ki, Marko 2021-ci ilin yayından "Qarabağ"ın şərəfini qoruyur. /"Apasport"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.