İdman

“Beşiktaş”la “Qalatasaray” üz-üzə gələcək

29 Mart 2025 12:15
Baxış: 669
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Türkiyə Superliqasının 29-cu turunun mərkəzi oyununda bu gün "Beşiktaş"la lider "Qalatasaray" görüşəcək.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, İstanbul derbisinin baş hakimi Yasin Kol olacaq.

Superliqada "Beşiktaş" 44 xalla 4-cü pillədədir. Keçirdiyi 27 matçdan 22-də qalib gələn, 5-də isə heç-heçə edən "Qalatasaray" isə 71 xalla vahid liderdir.

Mövsümün ilk dövrəsində "Qalatasaray" "Beşiktaş"ı 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, derbi Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.