İdman

PSJ azarkeşlərinə bu oyuna getmək qadağan edildi

27 Mart 2025 15:48
Baxış: 490
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

PSJ azarkeşlərinə Fransa çempionatının 27-ci turunun "Sent-Etyen"lə prinsipial səfər oyununa getmək qadağan edilib.

Publika.az xəbər verir ki, bu barədə Luara prefekturasının rəhbərliyi qərar verib.

Hesab edilir ki, matç ictimai iğtişaşlara səbəb ola bilər. Bu isə iki komandanın azarkeşləri arasında uzun müddətdir davam edən düşmənçiliyə görədir. Qərarda 2015-ci ilin yanvarından bu yana komandalar arasında keçirilən oyunlarda baş verən bir neçə insident nümunə göstərilib.

Qeyd edək ki, "Sent-Etyen" - PSJ matçı martın 29-da keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.