İdman

Boks üzrə dünya çempionu vəfat etdi - FOTO

22 Mart 2025 08:29
Baxış: 405
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı boksçu Corc Forman 76 yaşında vəfat edib.

Milli.Az" xəbər verir ki, bu barədə onun yaxınları instaqramda bildiriblər.

"Formanın 21 mart 2025-ci il tarixində sevdiklərinin əhatəsində dinc şəkildə dünyasını dəyişdiyini bildiririk", - keçmiş idmançının sosial şəbəkə hesabında diqqətə çatdırılıb.

Qeyd edək ki, Corc Forman 1949-cu ildə ABŞ-də anadan olub. O, iki dəfə ağır çəki üzrə dünya çempionu olub və 1968-ci il Olimpiya Oyunlarında qızıl medal qazanıb. Boksçu karyerasını bitirdikdən sonra o, vaiz və sahibkar olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.