İdman

Benziadan bir toxunuşla mükəmməl assist - VİDEO

21 Mart 2025 19:44
Baxış: 335
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əlcəzair millisində çıxış edən "Qarabağ"ın oyunçusu Yassin Benzia yenə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, Benzia Dünya Çempionatının Afrika üzrə seçmə mərhələsində milli komandasının forması ilə Botsvanaya qarşı oyunda məhsuldar ötürmə müəllifi olub.

Onun 74-cü dəqiqədə verdiyi dəqiq ötürməni Amoura qolla tamamlayıb.

Qarşılaşma Əlcəzairin 1-3 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, qazanılan 3 xal nəticəsində Əlcəzair yığması birinci pilləyə yüksəlib. Reqlamentə əsasən qrup qalibləri Dünya Çempionatına birbaşa vəsiqəni təmin edir.  (Offsideplus.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.