İdman

Haaland bu yay "Siti"ni tərk edir

18 Mart 2025 09:51
Baxış: 610
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland komandanı tərk edə bilər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, norveçli futbolçu Çempionlar Liqası olmadan bir mövsüm keçirmək istəmədiyini açıqlayıb. Onun sözlərinə görə, Qvardiolanın komandası Çempionlar Liqasına vəsiqə qazana bilməsə, bu, Haalandın bu yay getməsinə səbəb ola bilər.

"Real Madrid"in onu transfer etmək ehtimalının olduğu bildirilir. Fransa liqası Erlinq üçün cəlbedici görünməsə də, PSJ alternativ ola bilər. Haalandın klubla müqaviləsi 30 iyun 2034-cü ilə qədərdir.

"Mançester Siti" Premyer Liqada 29 oyundan sonra 48 xalla 5-ci yerdədir.

Bu mövsüm 24 yaşlı forvard bütün yarışlarda 38 oyun keçirib, 29 qol vurub və 4 məhsuldar ötürmə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.